Avroliqada yeni mövsümün güc reytinqi açıqlandı
Offsideplus.az xəbər verir ki, yenilənmiş reytinq cədvəlinə turnirin ən bahalı heyətinə malik "Panatinaikos" başçılıq edir.
Çempion "Olimpiakos" ikinci, Superkubokun qalibi "Real Madrid" isə üçüncü pillədə qərarlaşıb. "Fənərbaxça" və heyətini gücləndirən "Dubay" da iddialılar sırasındadır.
Yonas Valançunaslı "Jalqiris", Bolqarıstanda oynayan "Hapoel Tel-Aviv", Belqrad amilinə güvənən "Srvena Zvezda", Mayk Ceymsli "Anadolu Efes" və "Valensiya" da pley-off uğrunda mübarizə aparacaqlar.


