UFC 331 turnirində Los-Ancelesdə keçirilən ağır çəki qarşılaşmasında Şon Şaraf Geybl Stivson üzərində möhtəşəm qələbə qazanıb. Olimpiya çempionu və ikiqat NCAA qalibi olan Stivson UFC-də gələcəyin çempionu kimi dəyərləndirilirdi. Lakin cəmi dörd peşəkar döyüş təcrübəsi olan Stivson bu dəfə qəfəsdə cəmi altı döyüş keçirmiş və UFC-də iki məğlubiyyəti olan Şarafla üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, döyüşə autsayder kimi çıxan Şaraf ilk raundda cəmi 12 saniyəyə sol əli ilə Stivsonu nokauta salıb. Bu nəticə UFC tarixində ən sürətli üçüncü dayandırma kimi qeydə alınıb. Geybl Stivson döyüş bitər-bitməz qəfəsi tərk edib və nəticə elan olunmadan arenanı tərk edib. Şaraf isə qələbədən sonra "Təəccüblənmədim" deyə bildirib və məşhur döyüşçü Neit Diazın sözlərini sitat gətirib. Rəsmi nəticəyə əsasən, Şon Şaraf Geybl Stivson üzərində birinci raundun 12-ci saniyəsində nokautla qalib gəlib.