Mauritsio Sarri İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisi məlumat yayıb.
İtaliyalı mütəxəssis Raffaele Palladinonu əvəzləyib.
Qeyd edək ki, 67 yaşlı çalışdırıcı daha əvvəl "Napoli", "Yuventus", "Çelsi" və "Latsio" klublarına rəhbərlik edib.


