Azərbaycanın "Odlar Yurdu" komandası Honq-Konqda keçiriləcək şahmatın rapid və blits növləri üzrə dünya çempionatında mübarizə aparacaq.
Offsideplus.az Azərbaycan Şahmat Federasiyasına (AŞF) istinadən xəbər verir ki, ölkəmizi bu mötəbər turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcəklər.
Heyətdə yer alan təcrübəli şahmatçı Rauf Məmmədov eyni zamanda komandanın kapitanı funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyunun 17-dən 22-nə qədər təşkil olunacaq yarışın reqlamentinə əsasən, komandaların heyətində 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı yer almalıdır.


