"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Maykl Kerrikə komandadakı vəziyyəti düzəltməsi üçün əlavə vaxt vermək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, mütəxəssisin Premyer Liqanın növbəti turunda "Çelsi"yə qarşı keçiriləcək vacib oyunda komandaya rəhbərlik edəcəyi gözlənilir.

Klubda məşq prosesi planlaşdırıldığı kimi adi qaydada davam edir.

"Mançester Yunayted" rəhbərliyi və azarkeşləri "Stemford Bric"də baş tutacaq çətin qarşılaşmada komandadan müsbət reaksiya və uğurlu nəticə gözləyirlər.