“Mançester Yunayted”in növbəti baş məşqçisi Eddi Hau olarsa, klub “Nyukasl Yunayted”ə əhəmiyyətli məbləğdə təzminat ödəməli olacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb ingiltərəli mütəxəssisin “Nyukasl”la müqaviləsinin başa çatmasına hələ bir neçə ilin qalmasıdır.

Bu səbəbdən “Mançester Yunayted”in Hau ilə anlaşması ciddi maliyyə xərci tələb edə bilər.