"Barselona"nın müdafiəçisi Xavi Espart La Liqanın 10-cu turunda "Real Madrid"lə oyunda aldığı zədə səbəbindən uzun müddət meydana çıxmayacaq.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu birinci hissədə Orelyen Tçuameni ilə toqquşmadan sonra sağ ayaq topuğunda sindesmoz zədəsi alıb və əvəzlənməsini istəyib.
Onun yerinə 30-cu dəqiqədə Alexandro Balde meydana daxil olub.
"Barselona" klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, Espart təxminən yeddi həftə yaşıl meydanlardan uzaq qalacaq.


