"Polymarket" platformasının son göstəricilərinə görə, ingiltərəli hücumçu Harri Keyn bu gün Londonda keçiriləcək "Qızıl top" (Ballon d'Or) mükafatlandırma mərasimində qalib gəlməyə ən böyük namizəddir.
Offsideplus.az xəbər verir ki, son günlərdə Lamin Yamala olan dəstəyin artmasına baxmayaraq, respondentlərin əksəriyyəti mükafatın Keynə veriləcəyini proqnozlaşdırır.
Qeyd edək ki, ingiltərəli forvard başa çatan mövsümdə klub və milli komandada ümumilikdə 73 qol vurmağı bacarıb.


