Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi bu gün iki matç keçirəcək.
Offsideplus.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri Hövsan Yarış Kompleksində ilk olaraq saat 11:30-da İsrail yığması ilə üz-üzə gələcək.
Günün ikinci qarşılaşmasında isə millimiz saat 18:15-də Haiti komandası ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, U-15 millimiz turnirdə daha əvvəl keçirdiyi matçlarda Timor-Lesteni 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliya seçməsinə isə uduzub (1:3).


