Gürcüstan millisinin və "PSJ"nin hücumçusu Xviça Kvaratsxeliya bu gün Londonda keçiriləcək "Qızıl top"un təqdimat mərasimində iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu ötən həftə Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən oyunda sağ dizinin ön çarpaz bağını qoparıb. Kvaratsxeliyanın əməliyyatı həftənin əvvəlində Dohada planlaşdırılıb. Buna görə də o, tədbirə qatıla bilməyəcək.

"PSJ"nin digər cinah oyunçusu Usman Dembele isə Londona təxminən 15 nəfərlik müşayiətçi heyəti ilə gedəcək. Komandanın kapitanı Markinyos "Barselona" ilə matçda budundan zədə aldığı üçün Londona səfər etməyəcək və bu axşam "PSJ" – "Lion" Liqa 1 qarşılaşmasını tribunadan izləyəcək. Klubun prezidenti Nasser Əl-Xelayifinin mərasimdə iştirak edib-etməyəcəyi isə hələ dəqiqləşməyib.