Paraqvay millisinin və "Dinamo"nun müdafiəçisi Xuan Kaseres "Qızıl top" mükafatının əsas favoritinin Lionel Messi olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Kaseres açıqlamasında bunları deyib: "Ümid edirəm, Messiyə qismət olar. O, çox yaxşı dünya çempionatı keçirdi. Axı onun artıq 39 yaşı var. Buna görə də mənim üçün hər şey aydındır, favorit Messi olmalıdır. Ümid edirəm, o, "Qızıl top"u qazanacaq".
Dünyanın ən yaxşı futbolçusuna verilən mükafat bu gün Londonda keçiriləcək təntənəli mərasimdə sahibini tapacaq.


