Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadini məğlub edərək yarımfinala adlayıb. Onun bu mərhələdəki rəqibi rusiyalı Sergey Yemelin olacaq.

Həsrət Cəfərov (67 kq) da eyni raundda Cənubi Koreya idmançısı Hanjae Çunqa qalib gələrək yarımfinala yüksəlib. O, finala yüksəlmək üçün iranlı Səid Esmaeili ilə qarşılaşacaq.

Yarışda mübarizə aparan digər təmsilçimiz İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, noyabrın 1-dək davam edəcək dünya çempionatında daha əvvəl Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.