Ötən gün Misli Premyer Liqasının 9-cu turu başa çatdı. Turun mərkəzi oyununda “Sabah” və “Qarabağ” üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.
Oyunla bağlı "Qəbələ" və "Araz-Naxçıvan"ın keçmiş baş məşqçisi Elmar Baxşıyev fikirlərini Offsideplus.az ilə bölüşüb:
“Görüşdə qol vurulmasa da, kifayət qədər maraqlı qarşılaşmaya şahidlik etdik. Hər iki tərəf ehtiyatlı oynadığı üçün hücumda o qədər də kəsərli görünmürdülər. Daha çox taktiki mübarizə və döyüşkən oyunun şahidi olduq. Belə oyunlarda 1 qol oyunu açır və komandaların riskə getməsinə səbəb olur. Bu dəfə komandalar 1 xal ilə kifayətləndi. Ədalətli nəticə də heç-heçə idi”.
Qeyd edək ki, hazırda “Sabah” 20 xalla turnir cədvəlinin lideridir. “Qarabağ” isə 18 xalla 3-cüdür.


