“Barselona”nın gənc futbolçusu Xavi Espart zədələnib.

Offsideplus.az xəbər verir ki, o, sağ topuğundakı sindesmoz zədəsi səbəbindən təxminən 7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

21 yaşlı futbolçunun zədədən sonra bərpa prosesi keçəcəyi və bu müddətdə komandasına kömək edə bilməyəcəyi gözlənilir.