“Qızıl top”un qalibinin yanlışlıqla vaxtından əvvəl açıqlandığı iddia edilib.
Offsideplus.az xəbər verir ki, mükafatın rəsmi saytının ötən mövsüm üzrə qalibi kimi Harri Keyni səhvən paylaşdığı iddia olunur.
Mərasimdən əvvəl qalibin adının açıqlanması futbol ictimaiyyətində böyük maraq doğurub. Lakin sosial şəbəkələrdə yayılan bu məlumatın doğruluğu hələ təsdiqlənməyib.



