"France Football" jurnalının baş redaktoru və "Qızıl Top" mükafatının rəhbəri Vensan Qarsiya səsvermə zamanı "Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappenin uzun müddət öndə olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, yekunda mükafatı "Bayern Münhen"in və İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn qazanıb.

V.Qarsiya səsvermənin gedişatı barədə bunları deyib:

"Bütün ay ərzində səsvermənin nəticələrini canlı rejimdə izləyirdim. Kilian Mbappe uzun müddət liderlik edirdi, lakin Harri Keyn möhtəşəm dönüş etdi. Nəticədə qalib çox, lap çox az xal fərqi ilə müəyyənləşdi!"