Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşıb.
Polşanın Qlivitse şəhərində keçirilən matç təmsilçimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə Oktay Rüstəmli het-trikə imza atıb. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" V qrupundakı növbəti oyunlarını oktyabrın 28-də "Buba Mara" (Bosniya və Herseqovina), 30-da isə "Piast"a (Polşa) qarşı keçirəcək.


