Türkiyənin Alanya şəhərində keçirilən çimərlik futbolu üzrə Klublararası Dünya Çempionatında ("World Winners’ Cup Alanya 2026") Azərbaycan təmsilçisi "Marafon" bu gün növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qrup mərhələsinin ilk matçında Çinin "TMS FC" klubuna 2:4 hesabı ilə uduzan komandamız bu dəfə Ukraynanın "Sunrise Kyiv" kollektivi ilə üz-üzə gəlib.
Görüş rəqibin 8:6 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, "Marafon" sabah - oktyabrın 28-də Bolqarıstanın "Spartak" klubu ilə qarşılaşacaq.


