Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli finalda ermənistanlı Karen Aslanyanla üz-üzə gəlib.

Təmsilçimiz məğlub olaraq turniri ikinci yerdə başa vurub.

Həsrət Cəfərov isə üçüncü yer uğrunda qazaxıstanlı Bağdat Sabazla üz-üzə gəlib.

İdmançımız 5:8 hesabı ilə məğlub olaraq turniri 5-ci yerdə başa vurub.