Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır.
Offsideplus.az xəbər verir ki, bu gün Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaqlar.
Paralel olaraq, üç yunan-Roma güləşçimiz medallar uğrunda yarışacaq. Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) qızıl medal üçün güləşəcək. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaqsa, İslam Abbasov (87 kq) təsəlliverici qarşılaşmada Latana Sopa (Amerika Samoası) ilə üz-üzə gələcək.
Qeyd edək ki, noyabrın 1-dək davam edəcək mundialda daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.


