"Neftçi"dən ayrılan Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı vinger "Pafos" klubu ilə rəsmi müqavilə imzalayıb.

Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi" klubunun yetirməsi olan istedadlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-21 millisinin də üzvüdür.