"Real Madrid"də Mark Kukurelya transferinin "pərdəarxası" məlum olub.

Offsideplus.az xəbər verir ki, bu keçidi baş məşqçi Joze Mourinyo istəyib.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Alvaro Karrerasın Alvaro Arbeloaya etiraz olaraq səfər matçına getməkdən imtina etməsindən sonra portuqaliyalı mütəxəssis hərəkətə keçib. Yaxın dostu olan Arbeloanın sözlərinə güvənən Mourinyo, rəhbərlikdən sol cinaha yeni transfer tələb edib.

Məşqçinin planında ilk hədəf Mark Kukurelyadır. Mourinyo Karrerasın üstünü tamamilə cızmasa da, gələn mövsüm əsas heyətdə üstünlüyü Kukurelyaya verəcək. Təcrübəli mütəxəssis mümkün zədə böhranlarına qarşı daha geniş və rəqabətədavamlı bir heyət formalaşdırmaq niyyətindədir.