"Bayern Münhen" PSV ilə İsmayıl Saybarinin transferi barədə razılıq əldə edib.

Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri bonuslar da daxil olmaqla təxminən 55 milyon avro təşkil edəcək.

Tərəflər hazırda müqavilənin son detallarını dəqiqləşdirirlər. Keçidin rəsmiləşməsi üçün oyunçunun tibbi müayinədən keçməsi gözlənilir. Saybari və "Bayern Münhen"in tibbi heyəti hər iki klubun, həmçinin Mərakeş Futbol Federasiyasının icazəsi ilə tibbi müayinə üçün ABŞ-da bir araya gələcəklər.

Qeyd edək ki, iyunun 14-də hücumçu Mərakeş millisinin heyətində DÇ-2026-nın 1-ci turu çərçivəsində Braziliyaya qarşı keçirilən matçda (1:1) qol vurmağı bacarıb.

Saybari ötən mövsüm Niderland çempionatında meydana çıxdığı 27 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yaddan qalıb.