İsveç millisinin baş məşqçisi Qrem Potter DÇ-2026=nın açılış matçında Tunis üzərində qazanılan 5:1 hesablı qələbədən sonra hücumçuları Aleksander İsak və Viktor Gyökereşin oyunundan razılığını ifadə edib.
Offsideplus.az xəbər verir ki, matçda Yasin Ayari (dubl) və Mattias Svanberq də qol vursa da, görüşün əsas qəhrəmanları hərəyə bir qol və çoxsaylı qol epizodları ilə yaddan qalan İsak-Dyökereş tandemi olub.
Mətbuat konfransında danışan Potter hücumçuların bir-birini tamamladığını bildirib:
"Fərdi baxımdan hər biri yüksək səviyyəli oyunçudur, lakin düşünürəm ki, onlar birlikdə rəqiblər üçün əsl təhlükəyə çevrilə bilərlər. Birlikdə daha çox oynadıqca, anlaşmaları daha da yaxşılaşacaq".


