Futbolçu karyerasını bitirdikdən sonra "daha böyük ambisiyalarının" olduğunu bildirən Fransa millisinin hücumçusu Kilian Mbappe gələcəkdə siyasətə atılmaq ehtimalı ilə bağlı sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, ulduz forvard mövzuya zarafatla yanaşıb:

"Yox, narahat olmayın, Fransa prezidenti olmaq fikrim yoxdur. Çox adam mənə bu barədə danışır, amma bu, planlarıma daxil deyil. Məndən onsuz da kifayət qədər nifrət edirlər (gülür). Karyeramı bitirdikdən sonra daha diqqətdən kənarda qalmağı planlaşdırıram".