UFC-nin yarımorta çəkidəki çempionu İslam Maxaçev İlia Topurianı məğlub edərək yüngül çəkidə çempionluq kəmərini qazanan Castin Qeycini təbrik edib.

Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə sosial şəbəkə hesabında yazıb:

"Özünü ucaldan hər kəs alçaldılacaq! Bu oyunda fərqli səviyyələr var! Təbriklər, Castin, sən bu kəmərə hamıdan çox layiq idin!"

Qeyd edək ki, Maxaçev 2022-ci ilin oktyabrından 2025-ci ilin mayına qədər yüngül çəkidə çempionluq kəmərinin sahibi olub. O, bu müddət ərzində titulunu dörd dəfə qorumağı bacarıb