Formula 1 üzrə Barselona-Kataloniya Qran-prisində britaniyalı pilotlar fəxri kürsünün bütün pillələrini tutublar.

Offsideplus.az xəbər verir ki, yarışın qalibi "Ferrari"nin sürücüsü Lyuis Hemilton olub. Onun "Mersedes"dəki sabiq komanda yoldaşı Corc Rassell ikinci, "Maklaren"in pilotu Lando Norris isə üçüncü yeri tutub.

Sonuncu dəfə britaniyalı pilotlar 1968-ci ildə ABŞ Qran-prisində ilk üç pilləni (Ceki Stüart, Qrem Hill və Con Sörtis) tutmağı bacarmışdılar.

Eyni ölkənin təmsilçilərinin fəxri kürsünü tamamilə zəbt etməsi hadisəsi isə sonuncu dəfə 1983-cü ilin San Marino Qran-prisində qeydə alınmışdı. Həmin vaxt fransız pilotlar Patrik Tambe, Alen Prost və Rene Arnu ilk üçlükdə qərarlaşmışdılar.