Castin Qeyci İlia Topuria ilə dərhal revanş döyüşündə maraqlı olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, "UFC Freedom 250" turnirinin mərkəzi döyüşündə rəqibini texniki nokautla məğlub edərək yüngül çəkidə çempionluq kəmərini qazanan Qeyci mövzu ilə bağlı belə danışıb:

"Bu uşağı çox istəyirəm, amma o, indi nə edəcək? Bu, ağırdır. Onun geri qayıtmaq üçün çox çətin bir yolu var. Lakin məndə heç vaxt onunki kimi düşüncə tərzi olmayıb. Heç vaxt özümü məğlubedilməz və ya günahsız hesab etməmişəm. Bunu ilk gündən demişəm: döyüş üslubuma və bu idmanın çılğınlığına görə mən də nokauta düşə bilərəm.

Yenə deyirəm, o uşaq haqqında pis bir şey demək istəmirəm. O, dünya çempionu idi, amma hazırda xəstəxanadadır, mən isə yox. Dərhal revanş? Bilmirəm. Deyərdim ki, revanş dəqiq baş tutmayacaq. O, oturduğu yerdə olanda mən onu təslim olmağa məcbur etdim. Söhbət zədədən getmir. Hesab 3:1 idi. Bu, tam üstünlük deməkdir".