"Real Madrid" Mark Kukurelyanın transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubu ilə 30 iyun 2032-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

"Kral klubu" Kukurelyaya görə "Çelsi"yə 55 milyon avro ilə yanaşı, əlavə 5 milyon avro bonus ödəyəcək.

İspaniyalı müdafiəçi 2022-ci ilin avqustundan London təmsilçisinin şərəfini qoruyurdu.

Kukurelya ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 34 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yaddan qalıb.