"Neftçi" akademiyasının yetirməsi olan və əsas komandaya qədər yüksələn Murad Məmmədovun "Pafos"a transferi rəsmən açıqlanıb.

Offsideplus.az-a futbolçunun transferinə görə nə “Neftçi”nin qədər gəlir əldə edəcəyinə dair məlumat daxil olub.

Murad azad agent kimi transfer olsa da, yaşı 23-dən az - 20 olduğu üçün Kipr təmsilçisi futbolçunu yetişdirmə haqqına görə 60 min avro - təxminən 120 min manat vəsait ödəyəcək. 

Qeyd edək ki, Murad yeni komandasında da 47 nömrəli formanı geyinəcək.