ABŞ-nin Mayami şəhərində FIFA-nın İcraedici Futbol Sammiti öz işinə başlayıb.
Offsideplus.az xəbər verir ki, hazırda davam edən "FIFA Dünya Çempionatı - 2026" çərçivəsində təşkil olunan bu mötəbər tədbirdə ölkəmizi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev təmsil edir.
Sammit çərçivəsində gənc futbolçuların inkişafı və gələcək strategiyalara həsr olunmuş rəsmi sessiyalar təşkil edilib.
Eyni zamanda, qlobal futbolun inkişafına yönəlmiş yeni layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.


