Argentina millisinin hücumçusu Lionel Messi sol budunun arxa əzələsindəki dartılmadan sonra tam sağalıb və DÇ-2026-nın ilk matçına hazırdır.
Offsideplus.az "ElDesmarque" portalına istinadən xəbər verir ki, 38 yaşlı oyunçu iyunun 17-də Kanzas Sitidə Əlcəzairə qarşı keçiriləcək ilk oyununda meydana start heyətində çıxacaq.
O, artıq on gündən çoxdur ki, komanda yoldaşları ilə birlikdə məşq edir və əla fiziki formadadır.
Qeyd edək ki, ulduz futbolçu bundan əvvəl İslandiyaya qarşı keçirilən yoldaşlıq görüşündə (3:0) yarım saatdan çox meydanda olub və penaltidən qol vurmağı bacarıb.


