Misli Premyer Liqasında (MPL) XXIV tura bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Qəbələ" "Neftçi"ni qəbul edib.

"Ağ-qaralar" görüşdən qələbə ilə ayrılıb - 3:1.

"Neftçi" bu qələbədən sonra xalını edib və 6-cı yerə yüksəlib. "Qəbələ" isə 16 xalla 11-ci yerin sahibidir.

MPL, XXIV tur

15 mart (bazar)

18:00. “Qəbələ” - “Neftçi” 1:3

Qollar: Seydina Keyta (19', penalti) - Sambu (22'), Emin Mahmudov (69' - penalti), Murad Məmmədov (77')

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

VAR: Kamal Umudlu

AVAR: Teymur Teymurov

Qəbələ şəhər stadionu