Formula 1-də apreldə baş tutmalı olan Bəhreyn və Səudiyyə Ərəbistan Qran-priləri keçirilməyəcək.

Offsideplus.az xəbər verir ki, Yaxın Şərqdə davam edən vəziyyətlə əlaqədar olaraq, həmçinin F2, F3 və "F1 Academy" mərhələləri planlaşdırılan vaxtda olmayacaq.

Bu barədə F1-in rəsmi saytı məlumat yayıb.

Alternativ variantlar nəzərdən keçirilsə də, aprel ayı üçün heç bir əvəzləmə edilməyəcək.

Beləliklə, növbəti ay heç bir Formula 1 yarışı olmayacaq.

Qeyd edək ki, mövsümün 3-cü yarışı martın 29-da Yaponiyada baş tutacaq.