UEFA Avropa Konfrans Liqasının yarımfinalı üzrə bu gün ilk oyunlar baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Rayo Valyekano" "Strasburq" ilə üz-üzə gələcək.
Arda Turanın baş məşqçilik etdiyi "Şaxtyor" isə "Kristal Pelas"ı qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 7 may tarixində baş tutacaq.


