"Real Madrid" klubunda yeni baş məşqçinin kimliyi Yürqen Kloppdan asılıdır. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" alman mütəxəssisin komandanı çalışdırmasına inanır. Bu barədə ispan jurnalist Xosep Pedrerol məlumat yayıb. Madrid klubunun rəhbərliyi Yürqen Kloppun yenidən baş məşçiliyə qayıtdığını açıqlamasını gözləyir. 

Kloppun "Real"ın təklifini qəbul etməyəcəyi halda isə klub Joze Mourinyonu komandaya gətirmək üçün çalışacaq. 

Qeyd edək ki, hazırda "Kral klubu"na Alvaro Arbeloa baş məşqçilik edir. O, bu vəzifədə Xabi Alonsonu əvəzləmişdi.