Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçına satılan bilet sayı məlum olub.

Bu barədə Offsideplus.az saytına açıqlamasında paytaxt klubunun media üzrə koordinatoru Rüstəm Əfsərli məlumat verib.

Klub rəsmisi bildirib ki, oyuna 4000-dən çox bilet satılıb.

Qeyd edək ki, aprelin 30-u baş tutacaq matç saat 20:00-da start götürəcək.