FİFA futbol dünyasında inqilabi dəyişiklik yaradacaq yeni qaydanı nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, plana əsasən, bütün klubların oyun zamanı meydanda hər an ən azı bir nəfər 21 yaşaltı (U-21) yerli oyunçu saxlaması tələb olunacaq.
Klubların öz yetirmələrinə daha çox şans verməsini hədəfləyən bu radikal layihə gənc istedadların inkişafını sürətləndirmək məqsədi daşıyır.
Əgər bu qayda təsdiqlənərsə, komandalar oyun boyu meydandakı yerli gənc futbolçu limitini qorumalı olacaqlar.


