Braziliyalı ulduz Neymar "Santos"un gənc oyunçuları ilə arasında konflikt yaşandığı barədə yayılan məlumatlara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı hücumçu sosial şəbəkələrdə yayımladığı videoda bu iddiaların həqiqətə uyğun olmadığını deyib. Neymar bildirib ki, "Şapekoense" ilə 2:2 hesablı heç-heçədən sonra paltardəyişmə otağında bütün komanda ilə söhbət aparılıb və heç bir gənc futbolçuya qarşı xüsusi irad olmayıb.
"Hamıya salam. Bu, istədiyimiz bazar günü deyildi. Başımızı dik tutub işləməyə davam etməliyik. Görürəm ki, paltardəyişmə otağında gənc oyunçulara qarşı sərt davrandığım barədə məlumat yayılıb. Bu, tamamilə yalandır. Kim bu məlumatı yayıbsa, xahiş edirəm, belə etməyin, yalan danışmayın. İstənilən adama soruşa bilərsiniz – bu, bütün komanda ilə söhbət idi. Mən, Lukas (Verissimo), Arao, Qabi və Brazao da danışdıq. Bir-birimizdən daha çox şey tələb edirdik, çünki rəqabətə davamlıyıq və qələbə qazanmaq istəyirik. Amma gənc oyunçulara qarşı xüsusi bir irad yox idi. Belə yalanlara dözmək fikrim yoxdur. Komandada kiməsə irad bildirmək lazım gəlirsə, bu, normaldır. Amma belə qeyri-etik və yalan məlumatlar yayanlar futboldan heç nə anlamır və heç vaxt komandanın bir hissəsi olmayıblar", – deyə Neymar vurğulayıb.


