Polşa çempionatında yeni mövsüm start götürüb.

Offsideplus.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Rakuv" Bakı vaxtı ilə saat 16:45-də "Visla"nı (Plok) qəbul edəcək.

Azərbaycan yığmasının üzvü görüşə əsas heyətdə başlayacaq.

Qeyd edək ki, M. Emreli artıq yeni komandasında qol hesabını açıb. O, 3 gün əvvəl "Valletta" ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.