"Real Madrid" və "RB Leypziq" klubları arasında Yan Diomandenin transferi ilə bağlı prinsipial razılıq əldə olunub.

Offsideplus.az xəbər verir ki, Fil Dişi Sahilinin istedadlı cinah hücumçusu İspaniya nəhəngi ilə 5 mövsümlük müqavilə şərtlərini artıq tam razılaşdırıb.

"RB Leypziq" gənc futbolçu üçün təqdim olunan 100 milyon avrodan yuxarı təklifi qəbul edib.