"Yuventus"un baş məşqçisi Luçano Spalletti "Aston Villa"nın qapıçısı Emiliano Martinesə maraq göstərdiklərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "La Gazzetta dello Sport" nəşrinə müsahibəsində bunları deyib:

"Emiliano Martines yayda klubunu dəyişmək istəyir, bizə isə qapıçı mövqeyində rəqabət lazımdır. Artıq heyətimizdə iki qapıçı var".

Qeyd edək ki, argentinalı kiperin İngiltərə klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.