"Barselona" Ferran Torresə güvənməyə davam edir və bu yay onu satmağı planlaşdırmır.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, PSJ və ya futbolçunun nümayəndələrindən kluba rəsmi müraciət daxil olmayıb. Paris klubunun baş məşqçisi Luis Enrike 26 yaşlı hücumçunun xidmətində maraqlı olsa da, "Barselona"nın mövqeyi qətidir: Torres ayrılmaq istəyərsə, bunu rəhbərliyə şəxsən bildirməlidir.
İspaniya millisinin heyətində dunya çempionu olan və hazırda məzuniyyətdə olan hücumçu avqustun 10-da komandanın düşərgəsinə qoşulacaq. Kataloniya klubu müqaviləsi 2027-ci ilin yayına qədər olan Torreslə sözləşməni uzatmaq niyyətindədir.
Maliyyə "Fair-Play"i qaydalarına görə danışıqlara transfer pəncərəsi bağlandıqdan sonra, sentyabrda başlanılacaq. Müqavilə yenilənəcəyi təqdirdə "Barselona" 2022-ci il transfer şərtlərinə əsasən "Mançester Siti"yə 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ferran Torres "Barselona"nın heyətində keçirdiyi 207 matçda 65 qol vurub. O, ötən mövsüm 49 oyunda 21 dəfə fərqlənərək klubdakı ən məhsuldar mövsümünü keçirib.


