İkiqat NBA çempionu Kentavius Kalduell-Poup karyerasını "Filadelfiya Siksers"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, müdafiəçi "Memfis Qrizliz"lə müqaviləsinə xitam verilməsi barədə razılıq əldə edib və "Filadelfiya" ilə 1 illik, 3,9 milyon dollar dəyərində müqavilə imzalamağa hazırlaşır. Kalduell-Poup 2020-ci ildə "Los Anceles Leykers"lə, 2023-cü ildə isə "Denver Naqgets"lə çempionluq yaşayıb. O, ötən mövsüm "Memfis"də 51 oyunda orta hesabla 8,4 xal və 2,7 ribaundla yadda qalıb, üçxallıq atışlarda isə 32 faiz dəqiqlik göstərib. Kalduell-Poup LeBron Ceymsin dostu Riç Polun rəhbərlik etdiyi Klutch agentliyinin müştərisidir.


