Kişi basketbolçulardan ibarət Azərbaycanın U-18 millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, gənclərimiz Ukrayna yığması ilə üz-üzə gəlib.

U-18 3-cü periyodda göstərdiyi performansla görüşdən qalib ayrılmağı bacarıb - 77:68 (19:27, 15:12, 28:9, 15:20)

Qeyd edək ki, B qrupunda mübarizə aparan komandamız ilk oyunda Polşaya məğlub olmuşdu - 60:70.

Növbəti matçımız sabah İslandiyaya qarşı olacaq.