"Komo" klubu uşaqların sağlamlığını qorumaq məqsədilə akademiyasında başla zərbələrə yeni məhdudiyyətlər tətbiq edib.
Offsideplus.az xəbər verir ki, 10 yaşadək futbolçulara məşq və oyunlarda başla oynamaq tam qadağan edilib. 12 yaşadək uşaqlara ayda bir dəfə (maksimum 5 zərbə), 13 yaşadək olanlara isə həftədə bir dəfə (maksimum 5 zərbə) bu cür məşqlərə icazə verilib. Lakin hər iki yaş qrupuna rəsmi matçlarda başla oynamaq qadağandır.
Klubun təhsil şurasının üzvü və keçmiş müdafiəçisi Rafael Varan yeni qaydaları dəstəkləyib:
"Mən dəfələrlə futbolçuların baş zərbələrinə ciddi yanaşmasının və uşaqlarımızı qorumağın vacibliyini demişəm. Bu sistem beynin inkişaf etdiyi erkən yaşlarda gərəksiz təmasları azaldır və gələcəkdə bu bacarığın tədricən, nəzarət altında öyrədilməsinə şərait yaradır".


