Formula 1 2026-cı il mövsümündə Bəhreyn Qran-prisinin keçiriləcəyini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, mərhələ Malayziyadakı “Sepang” trasında baş tutacaq.
Yarışın başqa yerə keçirilməsi ABŞ və İran arasındakı münaqişə və Yaxın Şərqdəki mürəkkəb vəziyyətlə bağlıdır.
Malayziya Qran-prisi oktyabrın 2-dən 4-dək baş tutacaq.
Qeyd edək ki, bu yarışdan 1 həftə əvvəl Azərbaycan Qran-prisi keçiriləcək.


