"Pari Sen-Jermen" klubunun baş məşqçisi Luis Enrike heyətlə bağlı mövqeyini qəti şəkildə bəyan edib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, komandada yalnız klubun uğurları üçün özünü tam şəkildə həsr etməyə hazır olan futbolçular yer alacaq.

Luis Enrikenin rəhbərliyi altında heç bir oyunçu üçün əsas heyətdəki yer zəmanət altında deyil. Təcrübəli baş məşqçi adı və ya əvvəlki xidmətləri nə olursa-olsun, hər bir futbolçunun meydandakı yerini gündəlik məşqlərdə və matçlarda nümayiş etdirdiyi həvəslə qazanmalı olduğunu vurğulayıb.