İtaliyanın "Yuventus" klubu İngiltərə milli komandasının və "Mançester Siti"nin keçmiş mərkəz müdafiəçisi Con Stounzu heyətinə qatmaq variantını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti" ilə müqaviləsi başa çatan 32 yaşlı təcrübəli futbolçu hazırda azad agent statusundadır.

​Məlumata görə, Turin təmsilçisi ingiltərəli müdafiəçinin nümayəndələri ilə əlaqə saxlayaraq müqavilə şərtlərini və futbolçunun tələblərini öyrənir. İtaliya klubu müdafiə xəttini təcrübəli və pulsuz əldə oluna biləcək oyunçu ilə gücləndirməkdə maraqlıdır.

​Karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş Con Stounzun da xaricdə oynamaq variantına müsbət yanaşdığı bildirilir.