"Pari Sen-Jermen" klubu "Sky Germany" kanalı vasitəsilə rəsmi bəyanat yayaraq Yan Diomande transferi ilə bağlı danışıqları dayandırdığını bildirib.
Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi futbolçu üçün edilən təklifləri və marağını rəsmən geri çəkib.
Klub tərəfindən verilen açıqlamada deyilir:
"PSJ bu axşam Yan Diomande üçün marağını və təkliflərini rəsmi olaraq geri çəkib. Tələb olunan transfer məbləği və əməkhaqqı şərtləri tamamilə qeyri-mütənasib və bazar qaydalarını pozan səviyyədə idi. PSJ rasional maliyyə idarəetməsi və heyət balansı prinsiplərini pozmayacaq."


